7 qol; nuş olsun!

04.11.2024

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın U-21 millisi Avropa çempionatının seçmə mərhələsinin son oyununda biabır oldu. İngiltərə səfərində 7 cavabsız qol buraxan futbolumuzun gələcəyi…

Nöqtələrin yerini siz tamamlayın, mən də “Yeni AFFA”nın “tormoz” mahiyyətindən növbəti dəfə bəhs edim.

2 apreldə yeganə namizəd kimi prezident seçilən Rövşən Nəcəf geridə qalan müddətdə yalnız bir kadr islahatı aparıb. O da marketinq departamentinə futboldan bixəbər Aysu İbrahimovanı rəhbər təyin etmək. Son günlər xüsusən hər qeydimizdə bu xanımın adını çəkəyimiz əbəs deyil.

Əvvəla, hamı yeni rəhbərlikdən ölkə futbolunu böyrü üstə qoyan Rövnəq-Elşad-Elxan triosunun toksinlərindən qurtaracağını gözləyirdi, lakin əksinə, indi daha ağır toksik ab-hava yaranıb. Üstəlik, hələ “Neftçi”nin Müşahidə Şurasının sədri olarkən kluba/yanına gətirdiyi adıçəkilən xanımı indi də inadla AFFA-ya aparması və bundan başqa heç bir qərar verməməsi/verə bilməməsi təəccüb və təəssüf “vulkanı” yaradıb.

İndi demək olar ki, heç kim Rövşən Nəcəf rəhbərliyinə inanmır və ondan heç nə gözləmir. Cəmi 6 ay bəs etdi ki, futbolumuzun ondan can qurtarmalı olduğunu deyən böyük narazı kütlə formalaşsın.

İndi marketinq departamenti qələbə üzü görməyən əsas milli, yeddi qol yeyən gənclər yığması üçün qıçından marketinq ideyası uydursunmu?

Aşağı yaş qrupları üzrə millilərin baş məşqçiləriylə üç-beş aylıq müqavilə uzatmaqla “fərqlənən” bu rəhbərlik biabırçılığın parlaq səhifələrini yazmaqda davam edəcəyinin anonsunu verib.

Futbolumuzun daha betər vəziyyəti hələ qarşıdadır…

Kamil Əhməd

Əsas xəbərlər, Ölkə futbolu AFFA nümayəndəsi Avstriyaya gedəcək

4 Noyabr 2024, 16:32

Əsas xəbərlər, Ölkə futbolu AFFA rəsmisi “Betis”in oyununda

4 Noyabr 2024, 12:26

Əsas xəbərlər, Ölkə futbolu Milliyə 23 futbolçu dəvət olundu – adlar

2 Noyabr 2024, 12:19

Əsas xəbərlər, Manşet, Ölkə futbolu, PRESSinq AFFA-da “çistka” başlayıb?

1 Noyabr 2024, 8:18

Əsas xəbərlər, Ölkə futbolu Azərbaycan yığması Türkiyə ilə heç-heçə etdi

31 Oktyabr 2024, 15:54

Əsas xəbərlər, Manşet, P.S. Elxan Səmədov daha səmimi görünür – DETALLAR

31 Oktyabr 2024, 13:05

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью