7 qol vuruldu, “Qarabağ” qələbə qazandı

30.05.2026

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” növbəti yoxlama oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi “Əl Şabab”la üz-üzə gəlib. Matç “Qarabağ”ın qələbəsiylə başa çatıb – 5:2.

“Atlılar”ın qollarını Abdullah Zubir (3), Yassin Benzia və Leandro Andrade vurub.

“Qarabağ” günün ilk yoxlama oyununda isə Xorvatiyanın “Slaven Belupo” komandasını məğlub edib – 1:0.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью