7 tur arxada qalıb, artıq 3 baş məşqçi göndərilib Azərbaycanda...

13.10.2026

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

7 tur arxada qalıb, artıq 3 baş məşqçi göndərilib - Azərbaycanda...

Xəbər verdiyimiz kimi, Misli Premyer Liqasının 2026/27 mövsümündə daha bir baş məşqçi vəzifəsindən azad olunub.

QOL.az-ın məlumatına görə, bu dəfə "İmişli" klubu baş məşqçisi ilə əməkdaşlığa erkən son qoyub. Rəsmi açıqlamada qeyd edilib ki, Fərid Namazov ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Həmçinin oxuyun: Misli Premyer Liqası klubu baş məşqçini istefaya göndərdi

"İmişli" yeni mövsümə məhz Fərid Namazovun rəhbərliyi altında başlamışdı. O, bu vəzidədə portuqaliyalı Jorj Kaşkilyanı əvəzləmişdi.

"İmişli" klubu 7 turdan sonra cəmi 4 xal toplayıb və turnir cədvəlində 9-cu yeri tutur.

Xatırladaq ki, bunadək cari mövsümdə iki baş məşqçi istefaya göndərilmidi. Uğursuz nəticələrdən sonra "Qəbələ" Kaxaber Sxadadze, "Araz Naxçıvan" isə Cavid Hüseynov ilə yolları ayırmışdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью