7 uşaq atası söyüşə görə CƏRİMƏLƏNDİ

12.11.2026

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qobustanda ictimai məkanda nalayiq ifadələr işlədən şəxs məsuliyyətə cəlb olunub.

Lent.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

45 yaşlı Malik Süleymanov (şərti adla) telefonla danışarkən uca səslə nalayiq ifadələr işlədib. Bu zaman ərazidə xidmətdə olan polis əməkdaşları ona irad bildirərək, yüksək səslə danışmamağı və söyüş söyməməyi tələb ediblər. Lakin Malik qanuni tələbə məhəl qoymayıb.

Nəticədə o saxlanılıb və barəsində müvafiq maddələrlə protokollar tərtib olunub.

M. Süleymanov ifadəsində bildirib ki, Bakı-İsmayıllı marşrutu üzrə taksi fəaliyyəti ilə məşğul olur. O, telefonla danışığı bir qədər aqressiv keçdiyi üçün yüksək tonla danışdığını deyib. Malik Süleymanov 5-i azyaşlı olmaqla, 7 övladının olduğunu və özünün də xəstəlikdən əziyyət çəkdiyini deyərək, barəsində yüngül cəza verilməsini istəyib.

Məhkəmənin qərarı ilə o, 100 manat məbləğində inzibati qaydada cərimələnib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью