7 yaşlı qızın beynindən 8 sm lik mismar ÇIXARILDI

02.06.2025

News24 saytına istinadən Icma.az xəbər verir.

Uttar Pradeş ştatında oyun oynayarkən yıxılan 7 yaşlı qızın boynundan daxil olub çənəsini və beynini deşən 8 santimetrlik mismar həkimlər tərəfindən uğurla çıxarılıb. 

News24.az xəbər verir ki, hadisə Nawajpur kəndində baş verib.

Tomoqrafiya nəticələri mismarın həyati damarların çox yaxınlığından keçdiyini göstərib. Əməliyyat 16 mayda Lakhnaudakı Kral Corc Tibb Universitetində neyrocərrahlar Vaibhav Jaiswal və Sameer Mishra tərəfindən həyata keçirilib.

Qız əməliyyatdan sonra 10 gün süni tənəffüs aparatına qoşulub və reanimasiyada müşahidə altında saxlanılıb. Həkimlərin bildirdiyinə görə, hazırda vəziyyəti stabildir.

Aqil

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью