7 yaşlı Sərvəti anası və ögey bacısı döyədöyə öldürdü | Icma.az
Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. Türkiyədə 7 yaşlı oğlanı anası və ögey bacısı döyə-dəyə öldürüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbul şəhərinin Fateh qəsəbəsində baş verib.
Təqsirləndirilən şəxs özbəkistanlı ögey bacı 20 yaşlı Mehribanu Nəbiyevanın sözlərinə görə, 7 yaşlı Sərvət Nəbiyev əynində sadəcə köynək olduğu halda alt paltarsız halda 5 yaşlı bacısı Mələyi qucaqlayıb.
Bunu gördüyü üçün o, dəmir boru ilə Sərvətin ayaqlarına və bədəninə vurub. Zərbələrin təsirindən azyaşlı huşunu itirib.
Ögey bacı uşağın üzünə su tökərək onu ayıldıb. Ona su versə də, içməyib.
Mehribanu Nəbiyevanın sözlərinə görə, anası Nilufər Nəbiyeva da evə gələndən sonra hadisəni eşidib və Sərvəti vurub.
Bundan sonra ana uşağına zorla yemək yedirib və o, yediklərini qusaraq, yatıb. Səhəri günü isə Sərvət yuxudan oyanmayıb.
Uşağı vuran ana və ögey bacı saxlanılaraq, istintaqa təhvil veriliblər.
Tam oxu
Xəbəri oxu