Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Şəki şəhərində fəaliyyət göstərən “Azra” şirniyyat evinin əməkdaşı Ayşən Babazadənin müştərilər üçün hazırladığı çay stəkanına tüpürməsinə dair görüntülər təxminən 1 ay əvvəl sosial şəbəkələrdə yayılıb.
Ölkə.Az xəbər verir ki, hadisədən sonra obyektin rəhbəri Murad Nəsibov A.Babazadənin Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən çıxarıldığını açıqlamışdı.
İşdən çıxarılma səbəbinə görə gənc qızın bundan somra heç yerdə işləyəcə bilməyəcəyi qeyd edilirdi.
Ölkə.Az Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən çıxarılan şəxslərin sonrakı taleyi ilə bağlı Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bir neçə sual ünvanlayıb.
Hüquqşünas saytımıza açıqlamasında işçinin hansı hallarda bu maddə ilə işdən çıxarılması məsələsinə aydınlıq gətirib: “Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilə bilər.
Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: - özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; - alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; - təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; - təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; - qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; - əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; - əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; - iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.
Qeyd edilənlərdən də göründüyü kimi, bu maddə yalnız işçini neqativ hərəkətlərə görə işdən çıxarılmasını ehtiva edir.