70 dən çox idmançıdan UEFA ya İsraillə bağlı çağırış

13.11.2025

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

70-dən çox idmançıdan UEFA-ya İsraillə bağlı çağırış

Dünyanın tanınmış futbolçuları da daxil olmaqla, 70-dən çox peşəkar idmançı Avropa Futbol Assosiasiyaları İttifaqını (UEFA) İsrailin yarışlardan kənarlaşdırılmasına çağırıb. Onlar bu addımı fələstinlilərin hüquqlarının pozulmasına etiraz olaraq atıblar.

QOL.az xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.

Bildirilir ki, “Sülh uğrunda idmançılar” adlı qrupun təşəbbüsü ilə UEFA prezidenti Aleksander Çeferinə məktub göndərilib. Məktub imzalayanlar arasında “Monako”nun yarımmüdafiəçisi Pol Poqba, “Vidad” klubunun futbolçusu Həkim Ziyeş və “Fulhem”də çıxış edən Adama Traore də var.

Məktubda Fələstin xalxına münasibətdə insanlığa qarşı cinayətlərin törədildiyi və bu kimi halların cəzasız qalmamalı olduğu bildirilib.

İdmançılar bu səbəbdən UEFA-nı İsrail Futbol Assosiasiyası ilə əlaqələri dayandırmağa çağırıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью