70 ə yaxın müəllimin iştirakı ilə tədbir keçirildi Fotolar | Icma.az
Icma.az, Sfera.az saytına istinadən bildirir. Azərbaycanın müxtəlif regionlarından olan 70-ə yaxın müəllimin və ölkə ziyalılarının iştirakı
Milli-mənəvi dəyərləri əks etdirən bu zəfər görüşü qələbəmizin təməli qoyulan aprel döyüşlərinə həsr olunub.
Tədbirin bütün iştirakçıları milli geyimlər geyinərək dəyərlərimizin təbliğinin əhəmiytətini vurğulayıb.
Əvvəlcə Dövlət himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Azərbaycanın xalq artisti, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası Nurəddin Mehdixanlı, tarix üzrə fəlsəfə doktoru, yazıçı publisist İradə Əlili, Azərbaycan Dillər Universitetinin müəllimi, BDU-nun doktorantı, tanınmış jurnalist, teleaparıcı Günel İlqar (Qəribova), gənc aktyor Ağaəli Kərimzadə çıxış edub, tədbirin təşkilatçılarına təşəkkürlərini bildiriblər.
Qeyd ediblər ki, xüsusilə qələbə ruhunu yaşayan Azərbaycan müəlliminin üzərinə böyük məsuliyyət düşür və onlar müharibədən əvvəl olduğu kimi post-müharibə dövründə də bütövləşən Azərbaycan üçün layiqli kadrların hazırlanmasında uğurlu fəaliyyət nümayiş etdirəcəklər.
Daha sonra tarix üzrə fəlsəfə doktoru Gülzadə Abdulovanın Azərbaycan tarixinin qadın geyimlərində əks olunan təqdimatı izlənilib.
Həmçinin, milli-mənəvi dəyərlərin təbliğinə yönələn müxtəlif oyunlar oyunlar keçirilib.
Tam oxu
Xəbəri oxu