70 ə yaxın ölkə ABŞ dən tariflərin azaldılmasını xahiş edib

08.04.2025

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

Bu barədə ABŞ-nin maliyyə naziri Skot Bessent məlumat verib.
"Beləliklə, aprel, may hətta ola bilsin ki iyun ayı olduqca məşğul aylar sayılacaq", - Bessent Fox Business-ə açıqlamasında deyib.
ABŞ rəsmisi qeyd edib ki, o, xarici ölkələrin nümayəndələrinə soyuqqanlı olmağı, vəziyyəti gərginləşdirməməyi tövsiyə edib.
Bessent rəsmilərə Vaşinqton administrasiyasına tarifləri azaltmaq, maneələri aradan qaldırmaq, valyuta manipulyasiyasını və subsidiyaları dayandırmağa dair “konkret təkliflərlə” yanaşmağı məsləhət bilib. Belə olacağı halda Tramp nə vaxtsa danışıqlara başlamağa hazır görünəcək.
"Biz tariflərin yuxarı həddinə çatmışıq və gözləyirəm ki, uğurlu danışıqlar bizə onların tədricən azaldılmasına nail olmağa imkan verəcək. Bununla belə, çox şey başqa ölkələrdən asılı olacaq. Prezident Tramp bu prosesə sadiqdir və o, bir çoxumuz kimi qarşılıqlı ticarətin şərtlərinin indiyədək ədalətsiz qurulmasına inanır. Ona görə də danışıqların sərt olacağını vəd edib", - Skot əlavə edib.
Tural Tağıyev
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью