Icma.az, Olke.az saytına istinadən bildirir.
Ölkə.az-ın xəbərinə görə, o, qərarını iyulun 30-da Türkiyə Böyük Millət Məclisində keçirdiyi mətbuat konfransında açıqlayıb.
Ö.Sav bildirib ki, CHP özünün qurucu fəlsəfəsindən uzaqlaşıb.
“Partiya Atatürkün prinsiplərini və inqilablarını dayandırıb, demokratik, dünyəvi və qanunun aliliyi prinsiplərindən uzaqlaşıb. Siyasi təşkilatda doğru, qanun və ədalət sözləri unudulub. CHP qanunsuzluğun tüğyan etdiyi bir partiyaya çevrilib.
Bütün bu səbəblərə görə, həyat yoldaşım Çiğdem Sav, iki övladım və kürəkənimlə birlikdə, dərin kədər və təsvirolunmaz bir ağrı içində Cümhuriyyət Xalq Partiyası üzvlüyündən istefa verirəm. Mustafa Kamal Atatürk tərəfindən müəyyən edilmiş və əsası qoyulmuş rejim və inqilablara sahib çıxan, həmçinin hüququn aliliyinə və demokratik, dünyəvi, hüquqi dövlət prinsiplərinə sadiq qalan əsl CHP-də yenidən birləşmək ümidi ilə edirəm...”, - o söyləyib.
Qeyd edək ki, Ö.Sav 1937-ci il niyabrın 14-də Manyasda anadan olub.
Mürtəza