Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün Azərbaycanın sabiq baş prokuroru, ölkəmizin bir sıra Avropa dövlətlərində səfiri olmuş Eldar Həsənovun 70 yaşı tamam olur.
Ömrünün uzun illərini Azərbaycana və hazırki iqtidara xidmətdə keçirən Həsənov bugün yubileyini həbsxana divarları arasında keçirir.
10 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunan sabiq baş prokuror indiyədək bir dəfə də olsun hakimiyyətdən narazılığını dilə gətirməyib.
Buna baxmayaraq o, 6 cı ildir ki, həbsxanadadır həyatı yaşayır.
GUNUNSESI.INFO-nun xəbərinə görə, Eldar Həsənovun vəkili Valeh Mehralıyev də müvəkkilini təbrik edib.
“Bu gün 5 ildir birlikdə çalışdığım müvəkkilim, çox hörmətli Eldar Həsənovun 70 illik yubileyidir.
Onu yubileyi mübasibətilə təbrik edir, haqq etdiyi azadlığına və çox darıxdığı Kəlbəcərinə qovuşmağı arzu edirəm.