70 maşın hərraca çaxırılır

13.10.2025

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Noyabrın 25-də İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti dövlət mülkiyyətində olan avtomobillərin satışı ilə bağlı növbəti dəfə hərrac keçirəcək.

"Unikal" xəbər verir ki, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca ümumi dəyəri 331 min 475 manat olan 70 nəqliyyat vasitəsi çıxarılacaq.hərrac

Sifarişlər hərracın keçirilməsinə ən gec 3 gün qalana qədər qəbul olunacaq. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью