70 milyona hücumçu alacaqlar

18.10.2025

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Mançester Yunayted" italiyalı ulduz Mateo Retegi üçün 70 milyon avro təklif etməyə hazırdır.

Milli.Az Trend-ə istinadən bildirir ki,  Reteqi bu yay 70 milyon avro qarşılığında "Atalanta"dan "Əl-Qadisiya"ya keçib. O, 25 qolla A Seriyasının bombardiri olub.

"Mançester Yunayted" gələn yay italyan üçün eyni məbləği təklif etməyə hazırdır. Futbolçunun İngiltərə klubunun təklifi ilə maraqlandığı bildirilir.

Retegi Cennaro Qattuzonun İtaliya millisini çalışdırdığı ilk 4 matçda 5 qol vurub və 3 məhsuldar ötürmə edib. O, bu mövsüm "Əl-Qadisiya"nın heyətində bütün yarışlarda 5 matçda meydana çıxıb və 3 qol vurub.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью