70 nəfərin yaralandığı partlayışda Amerikanın əli var imiş

03.06.2025

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

İyunun 1-də Rusiyanın Bryansk vilayətində Uneça-Jeça dəmir yolu hissəsində tapılan partlamamış bomba Ukrayna kəşfiyyatının istifadə etdiyi partlayıcı maddələrin növünü müəyyən edib. 

"Unikal" xəbər verir ki, bu barədə "Kommersant" nəşri yazıb.

İstintaq Amerika istehsalı olan C-4 partlayıcıdan istifadə edildiyini təsdiqləyib.

İlkin məlumatlar göstərir ki, C-4 əsasında hazırlanmış oxşar əldəqayırma partlayıcı qurğular digər partlayışlarda da istifadə olunub. İstintaqın təfərrüatları hələlik açıqlanmayıb.

Qeyd edək ki, mayın 31-də Bryansk vilayətində avtomobillərin olduğu körpü uçub. Bu, Pilşino-Vıqoniç birxətli dəmir yolu hissəsində baş verib və hadisə zamanı körpünün altından sərnişin qatarı keçirmiş. 

Hadisə nəticəsində azı 70 nəfər yaralanıb.

Ağarza Elçinoğlu


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью