70 yaşlı qadın tabutda oyandı İki gün sonra isə...

22.09.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Çinin Hebey əyalətində 70 yaşlı qadın qohumlarının öldüyünü düşündüyü və tabuta yerləşdirdiyi vaxtdan bir gün sonra tabutda özünə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, “The Star” qəzetinin məlumatına görə, qadın uzun illər beyin trombozu və xərçəngdən əziyyət çəkib. Həkimlər şişin artıq müalicə edilə bilməyəcəyini bildirdikdən sonra ailəsi onu palliativ yardım göstərilməsi üçün evə aparıb.

Sentyabrın 8-də ailə üzvləri qadında heç bir həyat əlaməti aşkar etməyib. Şəhərdən kənarda yaşayan qohumlarının son ehtiramlarını bildirməsi üçün qadının cəsədi soyuducu ilə təchiz edilmiş tabuta yerləşdirilib.

Lakin ertəsi axşam gəlini tabutdan zəif inilti səsləri eşidib. Qadın dərhal tabutdan çıxarılıb.

Məlumata görə, sentyabrın 11-dək yaşlı qadın özünə gəlib. Vəziyyəti ağır olaraq qalsa da, yemək və su qəbul edə bilməyib. Həmin gecə yenidən vəfat edən qadın sentyabrın 13-də dəfn olunub.

Murad İsmayıl 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью