700 il əvvəl yazılanlar bu gün Azərbaycanda özünü necə göstərir?

11.08.2026

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

XIV əsrdə yaşamış İbn Xəldun böyük müsəlman alim, tarixçi və mütəfəkkirdir. O, 1332-ci ildə Tunisdə dünyaya gəlib, 1406 -cı ildə Qahirədə vəfat edib. Bir çox tədqiqatçı onu müasir tarixşünaslığın, sosiologiyanın və iqtisadi düşüncənin əsasını qoyan alimlərdən biri hesab edir.

İbn Xəldunun həyatındakı diqqətçəkən hadisələrdən biri Teymurla görüşü olub. Şamın işğalı zamanı Teymurla aparılan bu görüş tarixdə bir fatehlə böyük alim arasında baş vermiş maraqlı dialoq kimi qalıb.

İbn Xəldun müxtəlif hökmdarların yanında məsləhətçi və dövlət xadimi kimi fəaliyyət göstərib. Onun əsərləri ərəb dünyasında uzun müddət geniş yayılmasa da, Osmanlı tarixşünaslığına böyük təsir göstərib. XIX əsrdən etibarən isə Avropa alimləri də İbn Xəldunun irsinə böyük maraq göstərməyə başlayıblar.

İbn Xəlduna görə bir toplumun çöküş əlamətləri

Həmrəyliyin və dayanışmanın yox olmasıİstehsalın zəifləməsi İstehlak çılğınlığının artmasıVergilərin ağırlaşmasıLəyaqətin və peşəkarlığın nəzərə alınmamasıƏdalətsizliyin geniş yayılmasıÜmidlərin tükənməsiMiqrasiyanın sürətlənməsiŞeytani qürur və təkəbbürGöstəriş, riyakarlıq və yaltaqlığın artmasıdır.İbn Xəldunun sadaladığı çöküş əlamətlərindən hansılarını bu gün Azərbaycan cəmiyyətində daha qabarıq görürsünüz?

Bu barədə Bizimyol.info xəbər portalına danışan sosioloq Əhməd Rəhmanov bildirib ki, sosial təbəqələşmə çox olanda həmrəylik olmur: “Düzü tarixə münasibətim belədir ki, tarix zəmanəni idarə edənlərin əlində hər vaxt bir silah olub. Özünü doğrultmaq əməllərinə don geydirmək üçün bir silah olduğundan ona şübhə ilə yanaşıram. Amma İbn Xəldunun yazdıqlarının bu günümüzə qədər nə dərəcədə aid olduğunu bilmək üçün təkcə bizim rəsmi statistikaya və dövlət qurumlarının hesabatlarına baxmaq kifayətdir.

Əgər nəzərə alsaq ki, bizdə dövlət qurumlarının hesabatları azı 30% itkiləri az göstərir. O rəhmətlik elə bil bizim güzaranımızı görüb o yazıları yazıb.

Bizdə dayanışma olmadığı üçün həmrəylik də üzdə olanla realda olan fərqlənir. Cəmiyyətdə sosial təbəqələşmə çox olanda həmrəylikdən söz gedə bilməz. Biri qarnının halındadır, o biri mənəvi dəyərlərin”.

Sosioloq deyib: “Boşanmaların sayı artdıqca ailə quranların da sayı azalır. Ağıl axını var. Savadı olanlar ölkəni tərk edir, amma Bakı ətrafını gəzsək, Hindistandan, Pakistandan gəlib, burda fəhlə, satıcı, kiçik biznesdə işləyənlərin sayı çoxalıb. Mən Bakıda taksi sürən Hindistanlı görəndə təəccüblənmədim”.

Əhməd Rəhmanov əlavə edib: “Əsas səbəb isə, 50 il bundan əvvəlki, Azərbaycana baxanda bu günün Azərbaycanına vətəndaş yox, vergi ödəyicisinin daha vacib olduğu üzə çıxır. Çünki vətəndaş öz hüququnu tələb edən şəxsdir. Vergi ödəyicisinə isə bu ölkənin taleyi maraqlı deyil. O, yaşadığı mühitə gəlir mənbəyi, istismar obyekti kimi baxır”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью