700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər VİDEO

10.09.2026

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Avtomobilini satmaq istəyən şəxs dələduzluğun qurbanı oldu.

Avtosfer.az xəbər verir ki, paytaxt sakini Aslan Eyvazoğlu iddia edir ki, avtomobilini 10 min manata satışa çıxardıqdan sonra alıcı beh adı ilə onu  aldadıb. 

Aslan Eyvazoğlu iddia edir ki, avtomobilini Zaur Baxşəliyev və Ayaz Məmmədov vasitəsi ilə Sənan İsayevə satıb.

Şikayətçi iddia edir ki, günlərdir avtomobilini alan şəxslərlə əlaqə saxlasa da onlar ya telefonu açmır, ya da ümumiyyətlə bəhanə ilə ödənişi uzadırlar. 

İddialara aydınlıq gətirmək üçün Zaur Baxşəliyev və Sənan İsayevlə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı. Ayaz Məmmədov isə ittihamlarla razılaşmır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью