700 milyon dollarlıq qaz borcu: bu ölkə ödəməkdən BOYUN QAÇIRDI

29.11.2024

Publika.az saytına istinadən Icma.az xəbər verir.

Kişinyov Rusiyanın “Qazprom” şirkətinə 709 milyon dollar məbləğində qalan borcunu ödəmək niyyətində deyil.

Publika.az xəbər verir ki, bu barədə Moldovanın baş naziri Dorin Reçean “Moldova 1” telekanalına müsahibəsində bildirib.

" “Qazprom” əlavə tədarükləri mövcud olmayan borcun ödənilməsi ilə şərtləndirməyə çalışır. Biz bu borcu ödəmək fikrində deyilik", - baş nazir bildirib.

Bundan əvvəl Moldova Rusiyadan qaz nəqlinin dayandırılmasını fəlakət adlandırmışdı.

"Qazprom" bəyan edib ki, onlar 2025-ci il yanvarın 1-dən Moldova ilə qaz tədarükü ilə bağlı müzakirələri davam etdirmək barədə razılığa gəliblər.

Akqabay

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью