Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Məşhur "Şpik saatı" (Rush Hour) franşizasının çoxdan gözlənilən dördüncü filmi çəkiləcək. Məlumata görə, Skydance studiyası layihədən imtina etməyib.
Modern.az xəbər verir ki, filmin büdcəsinin 120 milyon dollar olacağı gözlənilir. Çəkilişlər Afrika, Çin, İtaliya və Səudiyyə Ərəbistanında aparılacaq. Ekran əsərinin 2028-ci ildə tamaşaçılara təqdim olunması planlaşdırılır.
Çəkilişlərin bu payız başlaması nəzərdə tutulsa da, aktyorlarla müqavilə danışıqları səbəbindən təxirə salınıb. 72 yaşlı Ceki Çan və Kris Takerə təklif olunan 8 milyon dollarlıq qonorar qəbul edilməyib. Məlumata görə, Ceki Çanla müqavilə artıq imzalanıb, Kris Takerlə danışıqlar isə yekunlaşmaq üzrədir.
Filmin rejissoru yenidən Bret Ratner olacaq. Bu ekran əsəri onun 12 ildən sonra çəkəcəyi ilk bədii film olacaq. Rejissor sonuncu dəfə 2014-cü ildə Dueyn Consonun baş rolda oynadığı "Herkules" filmini çəkib.