Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiyalı müğənni Andrey Makareviç beşinci dəfə ata olacağını açıqlayıb.
Axşam.az xəbər verir ki, 72 yaşlı musiqiçi bu barədə müsahibəsində danışıb. O, qız övladının olacağını bildirib.
Qeyd edək ki, Andrey Makareviç Eynat Klaynla evlidir. Cütlüyün 2022-ci ildə Eytan adlı oğlu dünyaya gəlib. Hazırda onlar İsraildə yaşayır.
Musiqiçinin əvvəlki evliliklərindən iki qızı və bir oğlu da var.