72 yaşlı motosikletçi qəzada həyatını itirdi

25.08.2026

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə zamanı VAZ-2106 markalı avtomobillə “Muravey” markalı motosiklet toqquşub.
Qəza nəticəsində 1954-cü il təvəllüdlü Mahmud Kərimov ağır xəsarətlər alıb. Yaralı dərhal Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью