Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
73 yaşlı Halilhodziç Liqa-1 klubunun baş məşqçisi təyin edildi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
"Nant"ın yeni baş məşqçisi müəyyənləşib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransa təmsilçisini Vahid Halilhodziç çalışdıracaq. 73 yaşlı mütəxəssislə 2025/26 mövsümünün sonuna qədər müqavilə imzalanıb. O, bu vəzifədə Əhməd Kantarini əvəzləyib.
Qeyd etmək lazımdır ki, bu, Halilhodziçin "Nant"a ikinci baş məşqçi təyinatıdır. Bosniyalı mütəxəssis bundan əvvəl komandaya 2018-ci ilin oktyabrından 2019-cu ilin avqustuna qədər rəhbərlik edib.
Onun son iş yeri Mərakeş milli komandası olub.
"Nant" hazırda Liqa 1-də 17 xalla 18 komanda arasında 17-cidir.