74 il evli olan cütlük eyni gündə öldü

06.11.2024

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin Ordu vilayətinin İkizce mahalının Kendioluk məhəlləsində yaşayan Ayşe Teke ötən gün qocalıq səbəbindən dünyasını dəyişib.

"Unikal" "TRT Haber"ə istinadən xəbər verir ki, həyat yoldaşının ölüm xəbərinə üzülən Vəli Teke 14,5 saat sonra vəfat edib.

74 il evli olan, bir qızı, 3 oğlu olan Vəli və Ayşe Teke cütlüyünün vəfatı yaxınlarını kədərləndirib. Onlar yan-yana dəfn ediliblər. 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью