74 kq işlənmiş batareya toplanıb Fotolar

18.12.2024

Icma.az, Gununsesi saytına istinadən bildirir.

İstifadəyə yararsız elektrik batareyalarının çeşidlənməsi və xüsusi şəraitdə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində növbəti dəfə işlənmiş batareyalar təhvil götürülüb.

Gununsesi.info xəbər verir ki, Ekokönüllülər tərəfindən “Araz” supermarketlər şəbəkəsinin Yasamal rayonu, “Bravo” supermarketlər şəbəkəsinin Gənclik Mall, 28 Mall və Koroğlu hipermarket filiallarından ümumilikdə 74 kq işlənmiş batareya toplanaraq “Tullantıları İdarəetmə Mərkəzi” MMC-yə təhvil verilib.

Layihəyə dəstək verən bütün tərəfdaşlara və vətəndaşlara təşəkkür edirik.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью