7,4 maqnitudalı zəlzələ tələfat və dağıntılar...

17.12.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Vanuatu sahillərində 7,4 maqnitudalı zəlzələ qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 12:47-də (Bakı vaxtı ilə saat 05:47-də) paytaxt Port Viladan 25 km qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 28 km dərinlikdə yerləşib.

ABŞ-nin Sunami Xəbərdarlıq Sistemi sunami təhlükəsi elan edib, lakin hazırda tələfat və dağıntılar barədə məlumat yoxdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью