futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda baş tutacaq “Sabah” – “Barselona” qarşılaşmasına 74 fərqli ölkədən tamaşaçılar bilet alıblar.
Futbolpress.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi sosial şəbəkə hesablarında paylaşım edilib.
Azərbaycan və İspaniya klublarının duelini canlı izləmək istəyən azarkeşlər dünyanın müxtəlif nöqtələrindən bilet əldə ediblər.
Xatırladaq ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Barselona” görüşü saat 21:45-də start götürəcək.