74 yaşlı kişini avtomobil vurdu Öldü

10.04.2026

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Qazaxda 74 yaşlı kişini avtomobil vuraraq öldürüb.

Bakıvaxtı.az xəbər verir ki, 2000-ci il təvəllüdlü Kazımov Anar Rəhman oğlu idarə etdiyi BMW markalı avtomobillə Qazax şəhəri, Səməd Vurğun küçəsində hərəkətdə olan zaman yolu keçən piyada, 1952-ci il təvəllüdlü İsmayılov Faiq Məcid oğlunu vurub.

Nəticədə kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Qazax RPŞ-də araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью