Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Böyük Britaniya 1950–1960-cı illərdə Sakit okean adalarında keçirilmiş nüvə silahı sınaqlarında iştirak edən keçmiş əsgərlərin və onların övladlarının hələ də radiasiya ilə əlaqəli sağlamlıq problemlərindən əziyyət çəkməsi ilə bağlı iddiaları araşdırmaq üçün istintaq komitəsi yaradır.
Turkustan.az xəbər verir ki, baş nazirin ofisindən (Dauninq küçəsi, 10) verilən rəsmi açıqlamada bildirilir ki, hökumət həmin dövrdə Sakit okean adalarında aparılan nüvə sınaqlarına cəlb olunmuş hərbçilərin üzləşdiyi sağlamlıq problemləri ilə bağlı həqiqətlərin üzə çıxarılması səylərini tam dəstəkləyəcək.
Bəyanatda qeyd olunur ki, Baş nazir Endi Börnem ictimaiyyət arasında "Nüvə sınağı veteranları" kimi tanınan qrupun üzvləri ilə görüşüb. Görüş zamanı o, keçmiş Liverpul yepiskopu Ceyms Consun da təmsil olunacağı müstəqil araşdırma komissiyasının yaradılacağı barədə məlumat verib.
Bildirilib ki, sözügedən komissiya təxminən 75 il əvvəl başladılan nüvə sınaqlarının bölgədə xidmət etmiş britaniyalı hərbçilərə və onların ailələrinə təsirini hərtərəfli araşdıracaq. Həmçinin hökumətin nüvə sınaqları veteranlarının xatirəsini əbədiləşdirmək, bu sahədə elmi tədqiqatlara dəstək vermək və maarifləndirmə işlərini genişləndirmək istiqamətində addımlar atacağı vurğulanıb.
Aytən Yaşar/ Turkustan.az