7,5 min SDQ döyüşçüsü Suriya ordusuna qoşulur

12.03.2025

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


YPG (Xalq Müdafiə Birlikləri) terror təşkilatının siyasi qolu olan Suriya Demokratik Qüvvələri (SDQ) və Dəməşq arasında saziş imzalandıqdan sonra bu birləşmələrdən təxminən 7,5 min döyüşçü Suriya ordusuna qoşulacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Türkiye” qəzeti Suriya Müstəqil Kürdlər Birliyinin sədri Əbdüləziz Temoya istinadla məlumat yayıb.
O qeyd edib ki, bu 7,5 min nəfər Suriya ordusunda xidmət edəcək SDQ üzvlərinin yalnız ilkin sayıdır.
SDQ-nin suriyalı olmayan üzvlərinə gəlincə, onlar ölkəni tərk etməli olacaqlar. Temo bildirib ki, 11 minə yaxın SDQ döyüşçüsü Türkiyədə qadağan olunmuş PKK (Kürdüstan Fəhlə Partiyası) terror təşkilatının üzvüdür.
İndi Temoya görə, 11 min silahsız PKK döyüşçüsü Suriyanı tərk edərək, PKK-nın mərkəzi strukturunun yerləşdiyi İraqın Qəndil bölgəsinə getməli olacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью