75 Ölkə COP31 də Türkiyənin Qlobal Elektrikləşməni 35 faizə çatdırmaq hədəfinə dəstək verib

18.11.2026

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransının (COP31) sədrliyi çərçivəsində elan edilən Türkiyənin 2035-ci ilə qədər qlobal elektrikləşmə nisbətini 35 faizə (35x35) çatdırmaq hədəfinə dəstək verən ölkələrin sayı 75-ə çatıb. Həmçinin 94 qurum və təşkilat da bu təşəbbüsü dəstəkləyir.

Antaliyada Türkiyənin ev sahibliyi etdiyi COP31 ikinci həftəsinə isə davam edir.

Zirvə toplantısında 160-dan çox ölkənin nümayəndələri iqlim dəyişikliyinə qarşı mübarizəni sürətləndirmək və götürülmüş öhdəlikləri yerinə yetirmək üçün intensiv danışıqlar prosesində iştirak edirlər.Türkiyənin COP31 sədrliyi çərçivəsində açıqladığı ən vacib məqsədlərdən biri 2035-ci ilə qədər son enerji istehlakında elektrik enerjisinin payını 35 faizə çatdırmaqdır.

Bu gün 75 ölkə Türkiyənin 35x35 hədəfini dəstəklədiyini bəyan edib.

Bu ölkələrə Almaniya, Birləşmiş Krallıq, Norveç, Cənubi Koreya, İspaniya, Yaponiya, Danimarka, Kanada və Qırğızıstan daxildir. Bundan əlavə, Avropa Birliyi (AB) Komissiyası da AB-nin bu hədəfi təsdiqlədiyini açıqlayıb.

COP31 Danışıqlarının Sədri olan Avstraliya da 35x35 elektrikləşdirmə öhdəliyinin "ilk imza atanlar"dan biri olduğunu açıqlayıb. Türkiye tərəfindən elan edilən bu hədəfə iş dünyasından və vətəndaş cəmiyyətindən 94 təşkilat dəstəklərini bildirib.

Paris Sazişindən sonra iqlim dəyişikliyinə qarşı mübarizədə razılaşdırılmış öhdəliklərin həyata keçirilməsinə diqqət yetirən COP31, qlobal elektrikləşdirmə nisbətini hazırkı 22 faizdən 35 faizə çatdırmaqla təmiz enerji keçidini sürətləndirməyi hədəfləyir. Bu öhdəliyin, Dubayda keçirilən COP28-də qəbul edilmiş qlobal bərpa olunan enerji tutumunu üçqat artırmaq, enerji səmərəliliyinin yaxşılaşma sürətini ikiqat artırmaq və 2030-cu ilə qədər tullantıları azaltmaq öhdəliyinə töhfə verməsi nəzərdə tutulur.Elektrikləşdirmənin təmiz enerji keçidini sürətləndirəcəyi, qlobal istiləşməni məhdudlaşdırmaq səylərini tamamlayacağı və sənayeləşmədən əvvəlki dövrlə müqayisədə temperatur artımını 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq məqsədinə töhfə verəcəyi gözlənilir.

Digər tərəfdən, iqlim elmləri dünyasından gələn son hesabatlar göstərir ki, qlobal temperatur artımının 1,5 dərəcəlik həddini aşma riski çox yüksəkdir, lakin bu həddindən artıq artım tullantıları sürətlə azaltmaq üçün addımlar atmaqla aradan qaldırıla bilər.

M.MİRZƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью