Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sumqayıt şəhərində marşrut avtobusunda ölüm hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, dünən saat 11 radələrində Hacı Zeynalabdin qəsəbəsində “İsuzu” markalı 10 “V” saylı xətt avtobusunda Abşeron rayon sakini 1951-ci il təvəllüdlü Əlişir Əşir oğlu Əliyevin halı qəfil pisləşib. O, oradaca vəfat edib.
Sərnişinin infarktdan öldüyü bildirilib.
Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo.az)
Bizim.Media