75 yaşlı kişini maşın vurub öldürdü

23.12.2024

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Hacıqabul rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Modern.az xəbər verir ki, saat 19 radələrində Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu Nəvahi kəndi ərazisində qeydə alınan qəza zamanı minik avtomobili tərəfindən vurulan 1949-cu il təvəllüdlü Tahir Hüseynov ölüb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью