75 yaşlı qadın kişini şantaj etdi

26.05.2025

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb.

Lent.az xəbər verir ki, paytaxt sakini olan bir kişidən sosial şəbəkələrdə barəsində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə 6000 manat tələb edən şəxs saxlanılıb. 

Daxil olmuş müraciət əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu yolu ilə pul tələb edən 75 yaşlı qadın tutulub. 

Fakta bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью