Icma.az bildirir, Ses qazeti portalına istinadən. Prezident İlham Əliyev: "Sumqayıt müasir, dünya səviyyəli sənaye mərkəzinə çevrilib" Azərb
Burada aparılan abadlıq-quruculuq işləri şəhərin gözəlliyinə daha bir rəng də əlavə edib.
Dövlətimiz tərəfindən inkişafa və quruculuğa verilən töhfələr Sumqayıtın inkişafında da müstəsna əhəmiyyət daşıyır.
Əhalisinin sayına görə və sahəsinə görə Bakıdan və Gəncədən sonra üçüncü böyük şəhər olan Sumqayıt yarandığı dövrdən etibarən, müasir sənaye şəhərinə çevrilmək istiqamətində qazandığı uğurların miqyasını ildən-ilə genişləndirərək parlaq inkişaf yolu keçib.
Özünün iri müəssisələr şəbəkəsi və müvafiq infrastrukturunu formalaşdıran şəhər qısa müddət ərzində ölkənin aparıcı sənaye mərkəzlərindən biri kimi tanınmış, eyni zamanda, mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə böyük müvəffəqiyyətlər əldə etmişdir.
Özünəməxsus inkişaf yolu keçən Sumqayıt şəhəri yarandığı zamandan inkişaf mərhələləri keçmişdir.
1949-cu il – Azərbaycan Ali Soveti Prezidiumunun qərarı ilə Sumqayıta şəhər statusu verilib.
Tez bir zamanda Sumqayıt Alüminyum zavodu, elmi-tədqiqat institutları və mədəniyyət mərkəzləri tikilir, şəhər infrastrukturu inkişaf etdirilir.