750 abonent qazsız qalacaq

02.09.2025

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sumqayıt şəhərində qaz təchizatında müvəqqəti fasilə olacaq.

Bu barədə Redaktor.az-a "Azəriqaz" İB Sumqayıt QİS-dən məlumat verilib.

Bildirilib ki, sentyabrın 3-də Sumqayıt şəhərinin Çerkassı küçəsində yeni təmir olunmuş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar saat 10:00-dan etibarən işlər yekunlaşdırılana qədər 750 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью