7500 bilet tükənmək üzrədi: son 500 azarkeş! nəhəng finala 5 saat qaldı

31.05.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Ölkə kubokunun finalı çərçivəsində keçiriləcək "Qarabağ" - "Sabah" matçına 5 saat qaldı.

Xatırlayırsızsa, srağagün oyun üçün satışa çıxarılan 7500 biletdən beş mininin sahibini tapdığını xəbər vermişdik. Ən son statistikanı öyrənmək məqsədilə yenidən PFL-in Media və marketinq direktoru Sənan Abdullayevə müraciət etdik. Qurum rəsmisi "Football-plus.az"a açıqlamasında indiyə qədər 7000 biletin satıldığını bildirdi. Əlavə etdi ki, say sürətlə artır.
Maraq üçün qeyd edək ki, PFL çoxlu müraciəti nəzərə alaraq, elektron biletlərlə yanaşı, fiziki biletləri də satışa çıxarıb. Futbolsevərlər "Mehdi Hüseynzadə"nin kassalarına yaxınlaşaraq biletləri ala bilər.
KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью