7,6 bal gücündə zəlzələ sonrası sunami Yaponiyaya irəliləyir

08.12.2025

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

7,6 bal gücündə zəlzələdən sonra təxminən 3 metr hündürlüyü olan sunami Yaponiyanın şərq və şimal-şərq sahillərinə doğru irəliləyir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat verib.

Aomori, İvate və Hokkaydo prefekturalarının sahilyanı ərazilərinin daha çox risk altında olduğu vurğulanır. Sakinlərdən dərhal sahilyanı ərazini boşaltmağa və daha yüksək yerə köçməyə çağırılır.
Zəlzələnin maqnitudasının ilkin olaraq 7,2 bal olduğu bildirilsə də, yapon seysmoloqları sonradan onu 7,6 bal gücünə yüksəldiblər. Tələfat və dağıntılar barədə hələ ki, məlumat yoxdur.

Məryəm Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью