76 gimnast 3 kateqoriyada qalibi bəlli edəcək İdman və Biz

05.11.2024

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Noyabrın 8-9-da Heydər Əliyev adına İdman-Konsert Kompleksində aerobika gimnastikası üzrə 8-ci Azərbaycan birinciliyi, Bakı çempionatı və Bakı birinciliyi keçiriləcək.

İdman.biz xəbər verir ki, yarışlarda “Ocaq Sport” klubu və Sumqayıt OİK-dən 76 gimnast medallar uğrunda mübarizə aparacaq.

İdmançılar uşaqlar (2013-2015-ci il), yeniyetmələr (2009-2011-ci il) və gənclər (2006-2008-ci il) yaş kateqoriyalarına uyğun olaraq fərdi və üçlük proqramda çıxış edəcəklər.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью