76 və 78 nömrəli marşrutlar üzrə müasir avtobuslar bu gedişhaqqı ilə İŞLƏYƏCƏK

31.01.2026

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma sahəsində xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnuniyyətinin artırılması məqsədilə daha 2 müntəzəm marşrut xəttinə müasir və komfortlu avtobuslar cəlb edir.

AYNA-dan Milli.Az-a verilən məlumata görə, fevralın 1-dən Bakıxanov dəmiryol stansiyasını metronun "Neftçilər" stansiyası ilə əlaqələndirən 76 nömrəli və "Qara Qarayev" stansiyası ilə əlaqələndirən 78 nömrəli şəhərdaxili marşrutlar üzrə müasir avtobuslar fəaliyyət göstərəcək.

Bildirilib ki, avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək.

Gedişhaqqı 0,50 AZN müəyyən edilib.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью