77 yaşlı azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən ölüb

01.07.2026

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukraynanın Sumı vilayətinin, Rusiya ilə həmsərhəd Velika Pisarevka rayonu ərazisində 1949-cu il təvəllüdlü Əliyev Elmar Mövsüm oğlu dron zərbəsindən həlak olub.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, E.Əliyev avtomobili ilə gedərkən üzərinə Rusiya ordusuna məxsus əl bombası daşıyan drondan zərbə endirilib.

Həmyerlimiz yerindəcə həlak olub. Əslən Beyləqan rayonundan olan E.Əliyev Ukrayna vətəndaşı olub. Onun nəşi dəfn olunması üçün Azərbaycana yola salınıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью