77 yaşlı strimer beynəlxalq mükafata namizəddir VİDEO

29.11.2025

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

77 yaşlı strimer(internetdə canlı yayım (“stream”) aparan şəxs -red.) Olqa İvanovna - onlayn aləmdə “i_olga” kimi tanınan internet fenomeni - NNYS mükafatının “Ən yaxşı oyun anı” nominasiyasına daxil edilib.

İdaman.Biz xəbər verir ki, bu nominasiya ona bu il sosial şəbəkələrdə populyarlıq qazanan “Dust 2” xəritəsindəki “eys” epizoduna görə verilib.

“Eys” - bir oyunçunun bir raundda bütün rəqib komandasını məhv etməsi deməkdir. Olqa İvanovna doğru mövqe tutaraq “M4A1-S” silahı ilə üzərinə gələn beş rəqibin hamısını zərərsizləşdirib.

Həmin epizodun videosu “Reddit”də sürətlə yayılaraq populyarlıq qazanıb.

Strimerin auditoriyası da kifayət qədər genişdir – “i_olga”nın 221 mindən çox izləyicisi var. “Counter-Strike 2”dən əlavə, Olqa İvanovna “Minecraft”, “Atomic Heart”, “Diablo 2” və digər oyunlardan da yayım edir.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью