Icma.az bildirir, Olay.az saytına əsaslanaraq.
Modelyer Vera Vonq ənənəvi “CFDA Fashion Awards” mükafatlandırma mərasimində iştirak edib.
OLAY yazır ki, Nyu-Yorkda keçirilən tədbirə 77 yaşlı modelyer incə bədən quruluşunu ön plana çıxaran tamamilə qara geyimdə qatılıb. O, ultraqısa bando top və uzun ətək seçib.
Vera Vonq obrazını dəri gödəkçə və iri, teksturalı qızılı üzük ilə tamamlayıb. O, gödəkçəni vaxtaşırı çiyinlərinə atıb. Saçlarını isə iki at quyruğu şəklində yığıb.