78 mina, 416 PHS aşkarlandı

25.05.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (18.05.2026-24.05.2026) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Bakıvaxtı.az-a verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən həftə ərzində 45 piyada əleyhinə mina, 33 tank əleyhinə mina, 416 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 2 092 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью