78 nəfər Gürcüstandan deportasiya edildi Azərbaycanlılar da var

14.04.2026

Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.


Son günlərdə 78 xarici vətəndaş Gürcüstandan deportasiya edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi sosial şəbəkə səhifələrində məlumat yayıb.
Məlumata görə, əməliyyat Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin əməkdaşlarının nazirliyin müvafiq bölmələri ilə sıx əməkdaşlığı çərçivəsində həyata keçirilib.
Miqrasiya İdarəsi tərəfindən görülən kompleks tədbirlər nəticəsində Azərbaycan, Banqladeş, Belarus, Misir, Türkiyə, Yəmən, Hindistan, Kamerun, İndoneziya, Nigeriya, Pakistan, Rusiya, Somali və Çindən ümumilikdə 78 vətəndaş ölkədən çıxarılıb.
Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin ölkəyə girişi qadağan edilib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью