78 nəfərin öldüyü otel yanğını ilə bağlı şok detal... | Icma.az
Icma.az, Axar.az saytına istinadən bildirir. Türkiyədə yanğın zamanı 78 nəfərin öldüyü “Qrand Qartal” otelinin mühasibatlıq şöbəsinin müdiri
Axar.az xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Özdəmirin 12 dekabr 2024-cü ildə yanğın yoxlaması müraciətindən sonra Bolu Bələdiyyəsi Xilasetmə İdarəsinin mütəxəssisləri oteldə yoxlama aparıblar: “Yoxlama nəticəsində otelin yanğın təhlükəsizliyi baxımından uyğun olmadığı barədə akt hazırlanaraq Bolu Bələdiyyəsi Yanğından Mühafizə İdarəsinə təqdim edilib”.
Q.Özdəmir bildirib ki, bir müddət sonra bələdiyyənin məsul işçiləri otelə gələrək yenidən ətraflı baxış keçiriblər: “Mən C.
adlı şəxsdən audit hesabatına mənfi rəy verildiyini öyrəndim. Bundan sonra otelin rəhbəri Əhməd Dəmirə zəng edib vəziyyəti ona başa saldım.
Daha sonra Ə.Dəmir Bolu Bələdiyyə sədri Tanju Özcanın Yanğınsöndürmə İdarəsinə rəhbərlik edən əmisi oğlu Sədat Gülənərlə danışıb.
S.Gülənər də ona “yoxlamanın ləğv edilməsi üçün ərizə ver” deyib. Biz bu göstəriş əsasında ləğv ərizəsi hazırladıq.
Otelin baş direktoru Əmir Arasla da bu məsələləri müzakirə etdim.
Tam oxu
Xəbəri oxu