Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı oktyabrın 24-də start götürəcək ilk FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi edəcək.
Futbolpress.az xəbər verir ki, miqyası ilə seçilən turnirdə FIFA-nın 211 üzvündən 189 ölkə iştirakını təsdiqləyib.
Seçmə mərhələ tələbinin olmaması sayəsində 78 ölkə tarixində ilk dəfə FIFA-nın DÇ səviyyəli turnirində debüt edəcək. Minə yaxın qarşılaşmanın planlaşdırıldığı yarış 8×8 formatında və 20 dəqiqəlik iki hissə şəklində təşkil olunacaq.
Qeyd edək ki, 2026-cı il turniri oğlanlar arasında keçirilir. Qızlar arasında analoji yarışın 2027-ci ildə baş tutması, 2028-ci ildən isə turnirin hər iki kateqoriya üzrə illik əsasda keçirilməsi planlaşdırılır.