Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Əməkdar artist Suğra Bağırzadə ilk dəfə formada qalma sirrini açıqlayıb.
BAKU.WS xəbər verir ki, "Bir gün" verilişinə qonaq olan 78 yaşlı sənətçi çox qidalanmadığını və idman etdiyini vurğulayıb:
"Şəklimi Ajda Pekkanla birləşdirib paylaşırlar, sevmirəm. Qadını qadınla müqayisə etməzlər. Ondakı pul məndə olsaydı daha betər edərdim. Bizdə genetikdir. Anam 83 yaşında vəfat etdi, amma üzü hamar idi. Hər gün evdə idman edirəm, ayaqla gəzirəm. Normal qidalanıram, amma az yeyirəm. Şirniyyat xoşlamıram. Mədəni necə öyrədirsənsə, elə tələb edir".
Ətraflı videoda: