78 yaşlı qadını avtobus vurdu

05.12.2025

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, şəhər ərazisində 4 saylı xətt üzrə işləyən sərnişin avtobusu 1947-ci il təvəllüdlü M.Nəsrullayevanı vurub. Xəsarət alan piyada xəstəxanaya çatdırılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью