8 ayda 2 minə yaxın əkiz doğulub

16.10.2026

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Cari ilin yanvar-avqust aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 56404 doğulan körpə qeydə alınınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9,3-dən 8,2-yə düşüb. Doğulan körpələrin 53,2 faizi oğlan uşaqları, 46,8 faizi isə qız uşaqları olub. Körpələrdən 1902-si əkiz, 69-u isə üçəm olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью